“Bu qadının kim olduğu barədə heç bir fikrim yoxdur. Bu qərar biabırçılıqdır və tarixin ən böyük cadugər ovunun davamıdır”
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıçı Elizabet Karrola təcavüz və böhtan atmaqda ittiham olunduğunu məhkəmə işini şərh edərkən deyib.
Bundan əvvəl ABŞ-da münsiflər heyəti keçmiş prezident Donald Trampın Kerrollu təqib etdiyi, lakin onu zorlamadığı qənaətinə gəlib. Münsiflər heyətinin qərarına görə, Tramp əlaqəli zorlama iddiasında böhtana görə məsuliyyət daşıyır və onu ittiham edən Kerrola təqibə görə dəymiş ziyan da daxil olmaqla təxminən 5 milyon dollar ödəməlidir.