10 May 2023 23:13
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda müzakirə olunan əsas mövzulardan biri Prezident Aleksandr Lukaşenkonun səhhəti ilə bağlıdır. Buna səbəb Belarus liderinin dünən Moskvada keçirilən Qələbə Paradında 300 metr məsafəni qət edə bilməməsi olub.

Teleqraf.com xəbər verir ki, bir sıra yerli və xarici mənbələr Aleksandr Lukaşenkonun səhhətində ciddi problemin olduğunu iddia edirlər.

Məlumata görə, yeriməkdə çətinlik çəkən Lukaşenkonu Rusiya Prezidenti Vladimir Putinin mühafizəçiləri müşayiət etməli olublar.

Bundan əlavə, Lukaşenko Moskvada olarkən bir əlinin sarğılı olması ilə də diqqət çəkib. Belarus rəhbəri Putinin adından Kremldə MDB liderləri üçün verilən şam yeməyində iştirak etməyib və tələsik vətəninə qayıdıb.

Belarusun “Zerkalo” qəzeti yazır ki, Lukaşenko mayın 9-da Qələbə abidəsinin önünə əklil qoyarkən ənənəvi çıxışını etməyib, bu, indiyədək görülməmiş olaydır. Mərasimdə Belarus müdafiə naziri Viktor Xrenin çıxış edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər