Aprelin 2-də Finlandiyada keçirilən seçkilərdə uduzan baş nazir Sanna Marinin boşanma qərarı ölkə gündəmini zəbt edib.
Teleqraf.com xəbər verir ki, yeni koalisiya hökuməti qurulana qədər vəzifəsini müvəqqəti icra edən Marin həyat yoldaşı Markus Rəykkönenlə birlikdə boşanmaq qərarına gəldiyini sosial media hesabında açıqlayıb.
Marin və Rəykkönen birgə qərarı instaqramda paylaşıblar: “Birlikdə keçirdiyimiz 19 il və sevimli qızımız üçün minnətdarıq. Ən yaxşı dost olaraq qalacağıq”.
Marin və Rəykkönen şəxsi həyata hörmət tələb ediblər və mövzu ilə bağlı əlavə şərh verməyəcəklərini bildiriblər.
Qeyd edək ki, sosial şəbəkələrdə Finlandiyanın baş naziri Sanna Marinin rəqs etdiyi, spirtli içki qəbul elədiyi və dostları ilə əyləndiyi məclisdən videogörüntülər yayılmışdı.