Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi, regiondakı mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.