Fransa Prezidenti Emmanuel Makron Parisdə Ukrayna lideri Volodimir Zelenskini qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “L'Opinion” qəzeti məlumat yayıb.
Fransa liderinin Ukraynadan olan həmkarı ilə bazar ertəsi, mayın 15-də görüşəcəyi iddia edilir.
Makron “L'Opinion” müxbirlərinə müsahibəsində Zelenski ilə gözlənilən danışıqlar barədə ətraflı danışmaqdan imtina edib.