Türkiyənin müxalif ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın vaxtilə MHP sədri Dövlət Bağçalıya qarşı liderlik mübarizəsinə girdiyi üçün qovulması ilə bağlı iddia təkzib edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə MHP-nin baş katibi İsmət Büyükataman açıqlama verib.
Büyükataman bildirib ki, Oğan 2014-cü ilin iyununda keçirilən prezident seçkiləri və 2015-ci il parlament seçkilərindən əvvəl və sonra partiya nizamnaməsinə uyğun olmayan açıqlamalar verib.
Oğanın sosial mediada da bu fikirləri paylaşdığını qeyd edən MHP rəsmisi bu açıqlamalarına görə 2015-ci il avqustun 26-da partiyanın Mərkəzi İntizam Şurasının qərarı ilə kənarlaşdırıldığını deyib.