Yerli müdafiə müəssisələri tərəfindən modernləşdirilmiş ilk F-16 qırıcıları Türkiyə Hərbi Hava Qüvvələri komandanlığına təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter” səhifəsində məlumat verib.
“Özgür” adlı layihə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü ilə həyata keçirilib və adlandırılıb.
Layihə çərçivəsində təyyarənin radarları, idarəetmə sistemləri və aviaelektronikası dəyişdirilib ki, bu da F-16 Blok-30-un istismar müddətini 8000 saatdan 12000 saata çatdırmağa imkan verib.