21 May 2023 09:00
30 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz Xirosimada keçirilən G7 sammiti çərçivəsində çıxış edərək bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədəABC Nyheter” nəşri məlumat yayıb.

"Əgər sülh danışıqları üçün təkliflər irəli sürülərsə, bu zaman məqsəd dondurulmuş münaqişə əldə etmək ola bilməz", - Şolz vurğulayıb.

O əlavə edib ki, Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.

Ancaq bir gün əvvəl Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ-ın Zelenskiyə ultimatum verdiyini söylədi: ya əks-hücum, ya da Rusiya ilə danışıqlar.

Bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyd etmişdi ki, Rusiya və Ukrayna arasında bərabər şərtlərlə sülh danışıqları rədd edilməlidir.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq isə bildirib ki, Ukrayna böhranının hərbi yolla həlli yoxdur, bütün tərəflər siyasi nizamlanmanı təşviq etməli və danışıqlara şərait yaratmalıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər