21 May 2023 13:27
8 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Optimar” Araşdırmalar Mərkəzinin rəhbəri Hilmi Daşdəmir Türkiyədə keçiriləcək seçkilərin ikinci turu üçün Prezident Rəcəb Tayyib Ərdoğanın alacağı səs nisbətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mərkəz rəhbəri seçkidə iştirak nisbətinin nəticələri müəyyən edəcək faktor olacağını bildirib.

“AKP bazasında arxayınlıq olmasa, Ərdoğan seçkinin ikinci turunda asanlıqla qalib gələcək. Ərdoğanın rəqibi arxayınlıqdır, Kılıçdaroğlu deyil”, - Hilmi Daşdəmir deyib.

Onun sözlərinə görə, hakim partiyanın (AKP) bazası və Prezident Ərdoğan arxayınlaşmadıqca seçkidə qalib gələcək:

“Bu nisbətin 53-54 faiz olması ehtimalı yüksəkdir. Bundan əvvəlki araşdırmalarımızda təxminlərimiz bir qədər fərqliydi. İndi səs nisbətini açıqlamayacam. Amma 53-dən yuxarı qalxma ehtimalı var. İkinci turda iştirak nisbəti seçkinin taleyini müəyyən edəcək”.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Mübarizə iki namizəd arasında gedəcək: Prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğlu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər