21 May 2023 21:56
3 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini bitirib.

Teleqraf.com xəbər verir ki, bu haqda "ATA ittifaqı" üzvü Ədalət Partiyası sədri Vecdet Öz bildirib.

""ATA ittifaqı" rəsmən başa çatdı. Hər bir tərəf istədiyi qərarı verə bilər." - deyə Vecdet Öz qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər