ABŞ-dan Nyu-Yorkdakı Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, Nyu-Yorkdakı Türk evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb.
"Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik”, - deyə M. Çavuşoğlu vurğulayıb.