24 May 2023 20:59
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək prezident seçkisinin ikinci turuna az qalmış Zəfər Partiyasının sədri Ümit Özdağın Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəklədiyini açıqlaması ilə kulisdən yeni məlumatlar gəlməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, görüşdə Kılıçdaroğlunun Özdağa bir sıra vədlər verdiyi məlum olub.

“Sözcü” qəzetinin iddiasına görə, Kılıçdaroğlu-Özdağ görüşündən sonra mümkün qələbə ilə Zəfər Partiyasının alacağı nazirliklər müəyyənləşib:

“Daxili İşlər və Mədəniyyət Nazirlikləri ilə yanaşı, TİKA və Xaricdəki Türklər və Qohum İcmalar Komitəsi də Zəfər Partiyasına veriləcək”.

Ümid Özdağın Tvitter hesabındakı bir paylaşımı da diqqət çəkib.

CHP Gənclər Təşkilatının “Suriyalılar gedəcək” şüarına istinadla açıqlama verən siyasətçi deyib:

“Gəlin sizə Zəfər Partiyasının şablonlarını da verim. Söz verirəm ki, daxili işlər naziri olaraq onları göndərəcəm”.

Kılıçdaroğlunun vədləri Millət İttifaqında yer alan partiyaların (HDP, Gələcək, DEVA, İYİ və s.) etirazlarına səbəb olub.

Gələcək Partiyasının yer aldığı ATA İttifaqının keçmiş namizədi Sinan Oğan isə ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər