25 May 2023 09:50
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Rusiyanın gecə saatlarında atdığı 36 ədəd “Şahid” (İran istehsalı) hücum PUA-larını məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Atışlar şimal və cənub istiqamətlərindən həyata keçirilib. Atılan 36 İran dronunun hamısı məhv edilib.

Məlumata görə, Rusiya Ukraynanın qərb bölgələrində kritik infrastruktur və hərbi obyektləri dronlarla vurmağa cəhd göstərib.

Ukrayna ordusunun “Cənub”, “Mərkəz”, “Qərb” Hərbi Hava Komandanlıqlarının və digər bölmələrin zenit-raket qoşunları, döyüş təyyarələri, mobil atəş qrupları hava məkanının müdafiəsinə cəlb edilib.

Ümumilikdə Ukrayna aviasiyası rus ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib. Eyni zamanda, raket və artilleriya bölmələri 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 4 silah-sursat anbarını, 1 elektron döyüş stansiyasını, atəş mövqelərində olan 4 artilleriya bölməsini və daha 4 hədəfi vurub.


Müəllif: Mənsur Rəğbətoğlu