“NATO ölkələri Ukraynanı təkbaşına döyüşməyə, istəmədiyi itkiləri verməyə məcbur etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Hərbi Hava Qüvvələrinin istefada olan marşalı Edvard Strinqer deyib.
Onun sözlərinə görə, Qərb F-16 qırıcıları versə, bu, Ukrayna Hərbi Hava Qüvvələrinin səmada üstünlüyünü təmin edəcək və bununla Rusiya aviasiyasını geri oturdacaq: “Bu da öz növbəsində həm Ukraynanın quru qoşunlarını, həm də mühüm infrastrukturunu qoruyacaq”.
Marşal hesab edir ki, NATO Rusiyanın məğlub olmasını istəyirsə, Ukrayna aviasiyasının hava üstünlüyünü təmin etməlidir:
“Rusiya Hərbi Hava Qüvvələrinin zəifliyini nəzərə alsaq, bu mümkün olmayan istək deyil. Amma Qərbin hazırda məhdud təchizatı Ukraynanı “torpaq parçalama” taktikasına əl atmağa məcbur edib. Biz Kiyevi istəmədiyi kimi döyüşməyə və istəmədiyi itkilərə məruz qalmağa məcbur etdik”.
Strinqer vurğulayıb ki, Qərb Rusiyanın məğlub olmasını istəyirsə, bu mövqeyini dəyişməlidir:
“F-16 qərarı düzgün istiqamətdə atılmış böyük bir addımdır. O təyyarələr Ukraynaya yay hücumunda kömək etmək üçün vaxtında gəlməyə bilər, amma bu açıqlama artıq Kremldəki hərbi və siyasi hesablamalara təsir edib. F-16 daha ədalətli döyüşün totemidir”.