30 May 2023 11:05
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında Rusiya paytaxtında partlayış səsləri eşidilib. Moskvada hava hücumundan müdafiə sisteminin dron hücumu səbəbiylə işə salındığı bildirilir.

Teleqraf.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin PUA hücumu nəticəsində bir neçə binaya cüzi ziyanın dəydiyini açıqlayıb.

“Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir. Baş verənlər araşdırılır. Hazırda ciddi xəsarət alan yoxdur”, - şəhər meri deyib.

Eyni zamanda Sobyanin qeyd edib ki, fövqəladə hallar xidmətlərinin işi zamanı təhlükəsizlik məqsədilə PUA-nın çırpıldığı iki binanın sakinləri təxliyə edilib.

“Moskvada Leninski prospektində hündürmərtəbəli binaya pilotsuz təyyarə tərəfindən hücum edilib. İlkin məlumata görə, xəsarət alanlar var”, - məlumatda bildirilir.

Moskva səmasında iki PUA vurulub. Dronların 3-4 m hündürlükdə uçduqları deyilir.

İddiaya görə, Moskvaya yaxınlaşarkən 13 pilotsuz təyyarə sıradan çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər