30 May 2023 12:27
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) iyunda hərbi kəşfiyyat peykinin buraxılışını həyata keçirəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi peykin ABŞ-ın hərbi fəaliyyətini izləmək məqsədilə buraxılacağını bildirib.

Agentlik hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının sədr müavini Li Pyon Çolun bəyanatına istinadla yazır ki, hərbi kəşfiyyat peykinin orbitə çıxarılması ABŞ-ın və onun vassal qüvvələrinin təhlükəli hərbi əməllərinə qarşı ölkənin hazırlığını artırmaq üçün əvəzolunmaz addımdır.

Bəyanatda hərbi kəşfiyyat peykinin buraxılışa hazır olduğu, ölkə lideri Kim Çen Inın buraxılış üçün yekun hazırlıqları təsdiqlədiyi qeyd olunub. Ri Pyonq Çolun bəyanatında peykin dəqiq buraxılış tarixi göstərilməsə də, Pxenyan peykin 31 may – 11 iyun tarixlərində buraxılacağı barədə Yaponiyanı məlumatlandırıb.

ABŞ, Yaponiya və Cənubi Koreya hesab edir ki, Şimali Koreyanın ballistik texnologiyadan istifadə olunmaqla peyk buraxılışı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla yazır ki, ABŞ və Cənubi Koreyanın müvafiq qurumları Şimali Koreyanın peyk buraxılışı fəaliyyətini nəzarətdə saxladıqlarını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər