30 May 2023 12:10
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhər saatlarında Kiyev rejimi (Ukrayna - red.) Moskvadakı obyektlərə pilotsuz uçan aparatlarla terror hücumu həyata keçirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hücumda 8 PUA iştirak edib və atılan bütün dronlar vurulub.

Məlumata görə, bunlardan 3-ü kustar üsulla hazırlanıb, nəticədə idarəetməni itirərək nəzərdə tutulan hədəflərdən yayınıb.

Daha 5 PUA Moskva vilayətində “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulub.

Ukrayna mətbuatı və Moskva meriyası dron hücumu nəticəsində bəzi binaların xəsarət aldığını bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər