“ABŞ prezidenti Co Bayden administrasiyası Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiya etməsi ilə bağlı Türkiyəyə Amerika F-16 qırıcılarının tədarükü üçün şərt qoymur”.
Teleqraf.com “TASS”-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre deyib.
“Türkiyəyə F-16-ların satışı ilə bağlı hər hansı şərtlərə, eləcə də İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiq etməsinə gəldikdə, bu, şərt deyil. Prezident Bayden uzun müddətdir ki, F-16-ların satışını dəstəklədiyini açıq şəkildə bəyan edib”, - Jan-Pier bildirib.