1 İyun 2023 12:40
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Moskvaya dron hücumunda konkret kimin əli olduğu barədə ABŞ administrasiyasında dəqiq məlumat yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.

O, Kiyevin hücuma görə məsuliyyətini inkar etdiyini xatırladıb və ABŞ-ın baş verənlərlə bağlı öz təhqiqatını aparmasının məqsədəuyğun olmadığını vurğulayıb.

Con Kirbi əlavə edib ki, ABŞ Ukraynaya hansı hədəfləri vurub-vurmayacağını, Ukrayna qoşunlarının döyüş əməliyyatlarını necə aparmalı olduğunu diktə etmir.

“Prezident Zelenski və hərbi rəhbərlik hərbi nöqteyi-nəzərdən nə edəcəklərinə özləri qərar verirlər”, - Ağ Evin nümayəndəsi bildirib.

Bundan əvvəl Vaşinqton bəyan etmişdi ki, ABŞ Rusiya ərazisinə Ukraynanın potensial zərbələrini dəstəkləmir.


Müəllif: Mənsur Rəğbətoğlu