2 İyun 2023 11:38
6 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvaya dron hücumuna reaksiya verən Putin yox, onun “Udmurt” ləqəbli dublyoru olub. Amma o, xalqın gözü qarşısında özünü ələ verdi”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı publisist, siyasi şərhçi Mixail Şeytelman deyib.

“Bu “tamaşa” Kreml tərəfindən tələsik hazırlanmışdı, çünki Putinin sözçüsü Dmitri Peskov əvvəlcə onun hücum barədə danışmayacağını bildirmişdi. Amma sonradan üç dəqiqəlik çıxışla ekranlarda peyda oldu”, - ekspert qeyd edib.

Şeytelmanın iddiasına görə, əsl Putin bənzərlərindən fərqli olaraq daha uzun danışmağa meyllidir:

“Onun üzünə baxın, o, görünüşcə Putinə bənzədiyinə görə bu ləqəbi almış “Udmurt”dur, məşhur simadır. Bir dəqiqədən sonra onun Putin olmadığına asanlıqla əmin olacaqsınız”.

Ekspert bildirib ki, müxtəlif mütəxəssislər Putinin bənzərlərini fizioqnomiyaya, özü isə onun lüğətinə görə müəyyən edir:

“Əsl Putin həyat təcrübəsinə əsaslanan müəyyən sözlərlə işləyir, bənzərləri isə fərqli lüğətdən istifadə edirlər.

“Udmurt” hərbçidir, ona görə də lüğətində məhdud hərbi terminlərdən istifadə edir ki, bunu əsl Putin – “KQB-şnik” belə bilmir.

İndiki durumda bənzərlərdən istifadə Putinin kritik əhəmiyyət daşıdığını göstərir. Moskvaya hücuma görə daxildə ciddi çaxnaşma yaranıb. Görünür, Putinin sağ olduğunu göstərməli idilər”.

Rusiya liderinin bənzərləri ilə bağlı şayiələr uzun müddətdir Ukraynanın gündəmindədir. Hətta məsələyə rəsmi səviyyələrdə də münasibət bildirilib. Məsələn, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Putinin ən azı üç dublyorundan istifadə olunduğunu iddia edir. Budanovun sözlərinə görə, həmin şəxsləri Kremlin rəhbərinə oxşatmaq üçün plastik əməliyyatdan keçiriblər.

Ukrayna mətbuatının iddiasına görə, Putinin dublyorlarının xarici görünüşünü təhlil edərkən sifət, yeriş və hətta boyda dəyişikliklər nəzərə çarpır.


Müəllif: Mənsur Rəğbətoğlu