3 İyun 2023 18:14
2 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində ölkəsinə üzvlük şərtləri ilə bağlı konkret siqnallar almayacağı təqdirdə iştirakın mənasını görmür.

Teleqraf.com xəbər verir ki, Zelenski müharibə davam edərkən NATO-ya üzvlüyün qeyri-mümkünlüyünü anladığını, amma savaşın sonunda bunun mümkünlüyünü bəri başdan eşitməyin vacib olduğunu deyib.

“Bəzi NATO ölkələri Rusiyadan o qədər qorxurlar ki, Ukraynanı blokda görməyə hazır deyillər. Vilnüsdə görünməsək və siqnal verməsə, Ukraynanın bu sammitdə heç bir işinin olmayacağını düşünürəm”, - Ukrayna lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər