Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəyəm.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan deyib.
"Dövlətimizin və millətimizin bütövlüyü üçün hər cür dəstəyi göstərəcəyik. Türkiyənin Milli Kəşfiyyat İdarəsində (MİT) 13 il xidmət göstərdikdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğum üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm", - deyə bildirib.
Qeyd edək ki, Fidan xarici işlər naziri postunda Mövlud Çavuşoğlunu əvəzləyib.