5 İyun 2023 17:03
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna ilə bağlı qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.

Deputat xatırladıb ki, Rusiyanın “Ukraynanın demilitarizasiyasına və neytrallaşdırılması”na nail olmaq, habelə “Donetsk və Luqansk Xalq Respublikaları”nın sakinlərini müdafiə etmək niyyətində olduğu rəsmən bəyan edilib:

“Bunlardan hansında nəticə əldə etdik? Heç birində. Üstəlik, bunların bəziləri öz əhəmiyyətini itirib. Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda heç nə”.

Deputatın fikrincə, Qərbin indiki dəstəyi fonunda Rusiya Ukraynanı ələ keçirə bilməyəcək.

Konstantin Zatulin Azərbaycan ərazilərində də separatizmin aktiv dəstəkçilərindən biridir. 30 illik işğal dövründə dəfələrlə Qarabağa qanunsuz səfər edib və buna görə Azərbaycanda “arzuolunmaz şəxs” elan olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər