“ABŞ Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya güzəştə getməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami deyib.
“Hesab edirəm ki, Ukraynadakı hərbi əməliyyatları sülh yolu ilə dayandırmalıyıq. Bunun üçün Rusiyaya ciddi güzəştə getməliyik”, – siyasətçi bildirib.
ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. ABŞ-ın hazırkı Prezidenti Co Bayden, konqresmen Nikki Heyli və keçmiş prezident Donald Tramp artıq seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.