Seçkilərdə qalib gələcəyi təqdirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Boluda heykəl ucaldacağını deyən şəhərin bələdiyyə sədri Tanju Özcan verdiyi sözə əməl edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, CHP-çi bələdiyyə sədri sözünün ağası olduğunu deyib.
“Demişdim ki, heykəlini Boluda qoyacam. Heykəlini ucaldacağıq. Söz vermişiksə, geri dönməyəcəyik. Bu heykəl Boluda ən çox görünən yerlə yanaşı, həm də cənab Ərdoğanın ən çox səs topladığı yer olmalıdır. İndi ən çox səs harada alıb? Dörtdivanda. Orada səslərin 90 faizini toplayıb. Elədirsə, Dörtdivan bələdiyyəsi ilə danışaq. Dörtdivan bələdiyyəsi bizə bir yer göstərsin, məsələn, ən görünən yerdə Koroğlu dağında, orda ucaldaq. Gəlin birlikdə heykəlin formasına qərar verək. Boluda olmasını istəyirsinizsə, Civrildə də çox səs alıb. Bolunun mərkəzində olmasını istəyirsinizsə, amma bura çökəkdir. Ona görə də Dörtdivan bələdiyyəsindən xəbər gözləyirəm. Bozqurd heykəli də ucaldacam”, - Özcan bildirib.
Rəcəb Tayyib Ərdoğan bununla dünya tarixinə bir müxalifət partiyasının heykəl qoyduğu ilk lider kimi düşəcək.