6 İyun 2023 14:57
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə doğru fəaliyyətlərini davam etdirdikləri üçün bu ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.

“Mən artıq demişəm ki, birbaşa dialoq problemlərin həllinin, sabit və ədalətli sülhə nail olmağın açarıdır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin bu yaxınlarda keçirilən görüşünün müxtəlif platformalarda getməsindən məmnundur”, - ABŞ rəsmisi bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda növbəti görüş iyunun 12-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər