8 İyun 2023 21:24
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki seçkilərdən sonra yeni tərkibdə ilk dəfə bir araya gələn Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutub.

İclasın yekununda qəbul edilən bəyannamədə Türk Əsrinin başlanğıcı olan yeni dövrdə Türkiyənin təhlükəsizliyinin, əmin-amanlığının və rifahının təmin edilməsinə yönəlmiş addımların eyni qətiyyətlə atılmasının vacibliyi vurğulanıb.

Sənəddə Ukrayna münaqişəsinə də toxunulub. Bildirilib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların təşkilinə töhfə verməyə davam etmək niyyətindədir.

Qeyd edək ki, yeni tərkibdə MTŞ-nin ilk iclası 3 saat davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər