6 Yanvar 2015 23:23
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarı ilə xarici siyasət məsələləri üzrə İdarələrarası Şura yaradılıb. Teleqraf.com-un məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, xarici siyasət məsələləri üzrə tövsiyələr hazırlayacaq şura üzvləri bu siyasətin həyata keçirilməsində iştirak edən bütün maraqlı tərəfləri əlaqələndirəcək. İdarələrarası Şura həmçinin beynəlxalq arenada mövqeləri təyin etmək məqsədilə Gürcüstanın prioritetləri müəyyən edəcək.

Mətbuat xidmətindən bildirilib ki, şuraya baş nazir başçılıq edəcək. İdarələrarası Şuraya həmçinin xarici işlər naziri, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri, hökumət administrasiyasının rəhbəri və onun müavini, hökumətin nəzdində Təhlükəsizlik Şurası və Böhranları İdarəetmə İdarəsinin rəhbəri, İqtisadiyyat Şurasının katibi, parlament sədri və qanunvericilik orqanın bir neçə üzvü daxil olacaq. /APA/


Müəllif:

Oxşar xəbərlər