7 Yanvar 2015 10:17
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zellandiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sərnişinlər və təyyarəni idarə edən pilotlar xilas ola biliblər.


“Skydive Taupo” aviaşirkətinə məxsus olan təyyarə Taupo gölü üzərindən uçarkən nasazlıq aşkarlanıb. Təyyarə sürətlə enməyə başlayıb. Həmin vaxt laynerin göyərtəsində 13 nəfər olub- 6 sərnişin, 6 ekipaj üzvü və təyyarənin komandiri.


Onların hamısı vaxtında paraşütlə tullanaraq təyyarəni tərk ediblər.

Təyyarəni son tərk edən pilot onu suya düşməmişdən cəmi bir neçə saniyə əvvəl tərk edib. Təyyarə suda batıb. Pilot üzərək sahilə çıxa bilib.


Xilas olunanların hamısı tibbi baxışdan keçiblər. Onlarda ciddi xəsarət aşkarlanmayıb./publika.az/


Müəllif:

Oxşar xəbərlər