Prezident Co Baydenin ailəsi əcnəbilərdən 30 milyon dollara qədər rüşvət ala bilərdi ki, bu da ilkin hesablamadan üç dəfə çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer məlumat verib.
O bildirib ki, komitəyə çoxlu bank qeydləri daxil olub: “Qeydlər əsasında məbləği bu həftə 10 milyon dollara qədər artıracağıq. Hesab edirəm ki, biz hesabı 20-30 milyon dollara çatdıracağıq. Amerika liderinin ailəsinin mümkün korrupsiya sxemləri barədə məlumat mənbəyi Federal Təhqiqatlar Bürosunun ən yüksək maaşlı və ən etibarlı mənbəyi olub, xüsusi xidmət ona 200 min dollardan çox pul ödəyib".