17 İyun 2023 08:15
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar Ukraynaya 205 milyon dollar məbləğində əlavə humanitar yardım ayırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, vəsaitlər içməli su, ərzaq, həmçinin təhsil və hüquqi proqramların maliyyələşdirilməsinə sərf olunacaq.

Bundan əvvəl iyunun 13-də ABŞ Ukraynaya 325 milyon dollar dəyərində yeni silah və hərbi texnika paketi verməyə qərar verib.

Buraya HHM sistemləri, HIMARS, döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə sistemlər və zirehli maşınlar daxildir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər