7 Yanvar 2015 15:45
3 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə nəşr olunan və Həzrəti Məhəmmədin karikaturasını hazırlayan “Çarli Hebdo” jurnalının redaksiyasına hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 3 nəfər naməlum şəxs binaya daxil olaraq Kalaşnikov tipli avtomatdan atəş açıblar. Hadisə zamanı 11 nəfər ölüb, 5-i isə yaralanıb.

Qeyd edək ki, Fransada satışa çıxan jurnalın naşirləri Həzrəti Məhəmmədə (s.ə.s.) qarşı istehza və alçaltma fikirlərinin olmadığını, İslam dini ilə bağlı məlumatlandırmanın əsas məqsədləri olduğunu açıqlayıblar.

Samir



Müəllif:

Oxşar xəbərlər