7 Yanvar 2015 16:30
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Devid Kemeron Parisdəki terror aktını pisləyib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, o, bu hücumu iyrənc addım kimi qiymətləndirib: “Biz fransız xalqını terrorizmlə mübarizədə və KİV-in müdafiəsində dəstəkləyirik. Günahkarların tezliklə tapılacağına ümid edirik”.

Qeyd edək ki, bu gün Fransada nəşr olunan və Həzrəti Məhəmmədin karikaturasını hazırlayan “Çarli Hebdo” jurnalının redaksiyasına hücum olub. 3 nəfər tərəfindən təşkil edilən hücumda 11 media işçisi həyatını itirib, 5-i isə yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər