19 İyun 2023 16:06
8 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya parçalanacaq, bu proses siyasi-iqtisadi bölünmə ilə başlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı polittexnoloq Ceyson Smart deyib.

Onun sözlərinə görə, Rusiyada vəziyyətin qeyri-sabit olduğuna dair əlamətlər var. Ekspert Rusiyanın dağılmasının Çin üçün çox sərfəli olacağını iddia edir.

“Rusiya parçalanacaq: həm iqtisadi, həm siyasi, ya da əvvəlcə siyasi, sonra iqtisadi, amma Rusiyanın sonu olacaq”, - Smart bildirib.

Texnoloqun fikrincə, bu, Çin üçün çox sərfəlidir, çünki bu, Rusiya ərazisini və iqtisadiyyatını ələ keçirmək imkanı deməkdir. Smart hesab edir ki, Rusiya bitsə, Ukraynada müharibə də bitəcək.

Rus politoloq Andrey Piontkovskinin iddiasına görə, Çin hakimiyyəti Vladimir Putinin taxtına namizədlər barədə artıq qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər