2022-ci ildə ikinci dəfə seçkini qazanan Emmanuel Makron Fransa Konstitusiyasına görə, yenidən prezidentliyə namizəd ola bilməz.
Teleqraf.com xəbər verir ki, bu səbəbdən Konstitusiya dəyişikliyinə çağıran Nümayəndələr Palatasının keçmiş sədri Riçard Ferranın Makronla yaxınlığı ölkədə mübahisələrə səbəb olub.
Ferrand Nümayəndələr Palatasındakı Makron tərəfdarı çoxluğa və Respublikaçılar qanadına müraciət edərək, “demokratik intihar riski” ilə qarşılıqlı güzəştə getməyə çağırıb. Onun sözlərinə görə, bütün tərəflər kimliklərini qoruyub saxlamaq və gələcək ambisiyalarını təxirə salmaqla bəzi məqsədlər üzərində birləşməlidirlər.
Fransa prezidentinin üçüncü müddətə namizəd ola bilməyəcəyi ilə bağlı suala Ferran bildirib ki, o, xalqın suverenliyinin azad ifadəsini məhdudlaşdıran hər şeyə görə təəssüflənir.
“Prezidentlik müddətinin məhdudlaşdırılması və sair. Bütün bunlar bizim həyatımızı vətəndaşların azad seçimini məhdudlaşdıran qaydalarla hörür. Bu da öz növbəsində siyasi həyatımızın keyfiyyətini zəiflədir və onu daha az cəlbedici edir”, - siyasətçi vurğulayıb.
Ferran müəyyən məhdudiyyətlərin yumşaldılması ideyasını dəstəklədiyini söyləyib.
Nümayəndələr Palatasının Respublikaçılar fraksiyasının sədri Olivye Marle Ferranın çağırışına istehzalı cavab verib:
“Prezident altı ildir milli birliyi tapdalayır. Prezident yenidən seçilmək üçün fransızları radikal tərəflərə çəkdi, indi də deyir ki, mənim yaratdığım bu xaos qarşısında mənə kömək edin”.
Çağırış sosial şəbəkələrdə təpkilərə yol açıb.
2022-ci il parlament seçkilərində məğlub olan Riçard Ferran Prezident Makronun “qeyri-rəsmi müşavir”i kimi tanınır. Ferranın adı son vaxtlar Baş nazir Elizabet Börnü əvəzləyəcəyi ilə bağlı gündəmə gəlib.