20 İyun 2023 19:14
3 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hərbi kəşfiyyat rəhbəri Məhəmməd Kazemi 20 ölkəni Məhsa Əmininin ölümü ilə bağlı ölkəsində kütləvi etirazları qızışdırmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu sırada İranın əlaqələri normallaşdırmağa çalışdığı ölkələr də yer alıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətlərinin apardığı araşdırmalar göstərir ki, iğtişaşlarda 20-yə yaxın ölkə iştirak edib”, - Kazemi deyib.

Kəşfiyyat rəhbəri bu sırada ABŞ, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrailin adını çəkib. Kəşfiyyat rəhbəri 18 ölkənin adını hallandırsa da, digər iki ölkənin isimlərini dilə gətirməyib.

Onun sözlərinə görə, İranın bu yaxınlarda diplomatik əlaqələri bərpa etdiyi Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də anti-İran kampaniyasında iştirak edir.

Kazemi həmçinin iddia edib ki, İsrail və BƏƏ-nin kəşfiyyat qurumları İrandakı etirazlara necə dəstək veriləcəyini müzakirə etmək üçün bir ərəb ölkəsində vaxtaşırı görüşüblər. Bundan əlavə, o, Səudiyyə Ərəbistanı və Bəhreyni “düşmən ölkələr” adlandırıb.

Eyni zamanda, Kazemi kəşfiyyat orqanlarının iğtişaşlarla bağlı məlumat və dəlillər toplamaq üçün Avropa, eləcə də qeyri-Avropa vətəndaşlarını, o cümlədən əfqan, pakistanlı və iraqlıları işə cəlb etdiyini iddia edərək, bununla bağlı qonşu ölkələrdən birinin və avropalıların 40 vətəndaşının həbs edildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər