21 İyun 2023 20:44
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsveçin NATO-ya üzvlük prosesi davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billstörm deyib.

“İsveç Ankaranın istədiyi bütün öhdəlikləri yerinə yetirdi. Bizdən nə tələb olundusa, onu etdik. İndi parlament İsveçin NATO üzvlüyünün ratifikasiyası prosesinə başlamalıdır”, - nazir bildirib.

Billstörm İsveçin üzvlüyünün iyulda Vilnüsdə keçiriləcək NATO toplantısında təsdiqlənəcəyinə ümid bəslədiklərini, amma B planının olmadığını söyləyib.

PKK terror təşkilatının ötən aylarda İsveçin paytaxtı Stokholmda aksiya keçirməsinə münasibət bildirən nazir ölkəsində mitinqlərin sərbəst olduğunu vurğulayıb: “Biz onu da qeyd edirik ki, qanuni olan hər şey həmişə uyğun deyil”.

Finlandiyanın NATO-ya üzvlüyü ötən ilin aprelində təsdiqlənib. Finlandiya ilə birlikdə müraciət edən İsveçin üzvlük məsələsi antiterror qanunlarına görə hələ də ratifikasiya olunmayıb. Türkiyə terror təşkilatlarının İsveçdəki fəaliyyətinə görə daha sərt tədbirlərin görülməsini tələb edir. İsveç iyunun 1-də terror təşkilatlarına üzvlüyün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər