7 Yanvar 2015 23:41
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması qeyri-mümkündür.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib.

“Fələstin dövlət olmadığına görə, bu qurumun işində iştirak edə bilməz”, deyə C.Psaki bildirib.

Bundan əvvəl BMT-nin Baş katibi Pan Qi Mun Fələstinin aprelin 1-dən qismən tanınan ölkə kimi Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Qeyd edək ki, Məhkəməyə üzvlük Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.


Müəllif:

Oxşar xəbərlər