23 İyun 2023 17:09
4 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın nüvə silahından istifadəsi məsələsi daim nəzarətdə saxlanılır. ABŞ Prezidenti Co Bayden ABŞ kəşfiyyatının məlumatlarına əsaslanaraq, Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı öz şərhini verib”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya Belarusa nüvə silahının verilməsi ilə bağlı bəyanatlarla dünyanı şantaj edir. O, bunun NATO-nun Vilnüs sammiti ərəfəsində baş verdiyini söyləyib.

Onun sözlərinə görə, risk nüvə silahları yerləşdirilməsi, bu silahların çatdırılması üçün hansı vasitələrdən istifadə edildiyi və istifadəsinin mümkün olduğu yer bəll olanda ola bilər. Skibitski qeyd edib ki, indi ancaq Rusiyanın nüvə silahının ötürülməsi və bəzi hazırlıqlar barədə bəyanatları var.

“Əgər ABŞ prezidentinin bəyanatından danışırıqsa, görünür, onun səbəbləri, ona hesabat verən kəşfiyyatı var. Bu onun ehtimalıdır”, - Skibitski vurğulayıb.

Rusiya Belarusa nüvə silahları verəcəyini açıqlayıb. Rusiya lideri Vladimir Putin bildirib ki, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun əvvəlinə qədər başa çatdırılmalıdır. Bundan sonra ABŞ prezidenti Rusiya liderinin Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər