Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyadakı daxili vəziyyətdən mümkün istifadə ilə bağlı hər hansı eyhamlara qarşı xəbərdar edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında cavab tapa bilməz.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilən məlumatda deyilir.
“Əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq”, - bəyanatda deyilir.
"Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, ədalətli çoxqütblü dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimiz və xarici tərəfdaşlarımız tərəfindən bu prinsipial mövqenin başa düşülməsini yüksək qiymətləndiririk”, - XİN-dən qeyd ediblər.