Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında Mənbiçdə keçirdiyi əməliyyatla 11 PKK/KCK-PYD/YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, MİT Türkiyənin “Fərat Qalxanı” əməliyyat zonasına raket və minaatanlarla hücuma keçməyə hazırlaşan terrorçuların paylama məntəqələrini aşkar edib.
PKK/KCK-PYD/YPG-nin Mənbiçdəki sığınacaqlarını yaxından izləyən MİT Türkiyə Silahlı Qüvvələri ilə birlikdə kəşfiyyat və təqib fəaliyyətləri həyata keçirib.
Mənbiçdə aşkar edilmiş nöqtələrdə eyni vaxtda əməliyyat keçirən MİT 11 terrorçunu zərərsizləşdirərək, PKK/KCK-PYD/YPG-yə aid bir yerləşmə məkanını məhv edib.