"Vaqner" qrupu Rusiya hökumətinə qarşı qiyama başlayanda milli təhlükəsizlik qüvvələrinə prosesləri yaxından izləməyi və gecə-gündüz məlumat verməyi tapşırdım. Biz Putinə Qərbi və ya NATO-nu günahlandırmaq üçün heç bir bəhanə vermədik.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.
"Rusiyada baş verən hadisələrdə iştirak etmədiyimizi açıq şəkildə bildirdik. Bizim bununla heç bir əlaqəmiz yox idi. Bu, Rusiya sistemi daxilində mübarizənin bir hissəsi idi", - o qeyd edib.