28 İyun 2023 17:09
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti NATO-ya qoşulmaq arzusundan əl çəkməyəcək.

Teleqraf.com "Reuters"-ə istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, NATO sammiti öncəsi bloka daxil ola bilməsə, ölkənin bu məsələyə münasibəti dəyişməyəcək.

“İsveç NATO-ya üzv olacaq. Heç kim vəd edə bilməz ki, bu, konkret Vilnüsdə və ya Vilnüsdən dərhal sonra baş verəcək”, - deyə Kristersson bildirib.

O, həmçinin əlavə edib ki, Stokholmun NATO-ya gedən yolunu Ankaranın kəsməsi fonunda İsveç təmsilçiləri tezliklə türkiyəli həmkarları ilə yenidən görüşəcəklər.

Kristerson vurğulayıb ki, tərəflər alyansın Litva sammiti ərəfəsində bütün mübahisəli məsələləri bir daha müzakirə edə biləcəklər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər