28 İyun 2023 18:57
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin silah və texnikası Rusiya ilə qarşıdurmada Ukrayna Silahlı Qüvvələrinə kömək etməyəcək, Vladimir Zelenski bundan xəbərdardır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dəniz kəşfiyyatının keçmiş zabiti Skott Ritter özünün "YouTube" kanalında jurnalist Riçard Medhursta müsahibəsində bildirib.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Zelenski sona qədər NATO-nun birbaşa müdaxiləsinə ümid edir.

Ukrayna lideri hesab edir ki, Alyansın Rusiya Federasiyasına qarşı münaqişədə birbaşa iştirakına səbəb NATO silahlarının məğlubiyyəti ola bilər.

“Bu halda sual yaranır: NATO nə edə bilər? Cavab: heç bir şey..." - deyə Ritter bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər