“Biz müharibə zamanı və müharibədən sonra Ukraynaya kömək etməliyik. Avropa Sülh Fondu, bəlkə də, Ukraynanın Müdafiə Fonduna çevrilməlidir”.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Jozep Borrell Aİ-nin Brüssel sammitinə gələrkən deyib.
O əlavə edib ki, Ukrayna müqavimət göstərməyə davam etməli, Ukrayna ordusunun modernləşdirilməsi davam etdirilməlidir.