Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin dörd rayonunun rəhbərlərinin vəzifəsindən azad olunması barədə qərar imzalayıb.
Teleqraf.com xəbər verir ki, Zelenski Podolski, Svyatoşinski, Desnyanski və Dneprovski bölgələrinin rəhbərlərini istefaya göndərib.
Qeyd edək ki, Ukrayna prezidenti ölkədəki bomba sığınacaqlarının dörddə birinin, Kiyevdə isə üçdə birinin yararsız olmasına görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlamışdı.