Mart ayında İraqda itkin düşmüş israilli tədqiqatçı Yelizaveta Tsurkova silahlı birləşmələr tərəfindən əsir götürülüb.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
ABŞ-nin Prinston Universitetinin doktorantı olan Yelizaveta Tsurkovanın Bağdadda oğurlanan zaman tədqiqat apardığı deyilir.
"Onun təhlükəsizliyi və salamatlığına görə İraq məsuliyyət daşıyır", - Netanyahunun ofisindən bildiriblər.