“ABŞ İranın irəliləyən nüvə proqramının yaratdığı təhdidlərlə bağlı hərbi variantlarını daim yeniləyir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general Aleksis Qrinkoviç deyib.
General qeyd edib ki, Amerikanın İrana qarşı çəkindirmə vasitələri müxtəlifdir və bunlar fərqli səviyyələrdədir. Onun sözlərinə görə, ABŞ özünə və regional tərəfdaşlarına qarşı hücumun qarşısını almağa çalışır.
“İran anlamalıdır ki, ABŞ regionda daha az qüvvəyə malik olsa da, öz qüvvələrini çox tez geri qaytara bilər”, - Qrinkoviç vurğulayıb.