Polşa Silahlı Qüvvələri ölkənin Şərq sərhədinə əlavə 1000 əsgər və 200 texnika yerləşdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 əsgər və 200-ə yaxın texnika Polşanın şərqinə hərəkət edəcək. Məqsəd sərhədimizdə vəziyyətin sabitliyini pozmaq cəhdlərinə dərhal reaksiya vermək bacarığını nümayiş etdirməkdir", - məlumatda deyilir.