8 İyul 2023 22:02
3 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Azov komandirlərinin Türkiyədən geri qaytarılmasını mövcud razılaşmaların şərtlərinin pozulması kimi qiymətləndirir.

Teleqraf.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov xatırladıb ki, bu razılaşmalara əsasən, hərbçilər münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər.

Kreml sözçünün sözlərinə görə, razılaşmalar Türkiyə və Ukrayna tərəfindən pozulub. O əlavə edib ki, hərbçilərin köçürülməsi ilə bağlı Rusiyaya heç kim məlumat verməyib.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermak və “Azov” batalyonunun beş komandiri ilə birlikdə Türkiyədən qayıtdığını bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər